Litvanın iki bölgəsində qırmızı hava həyəcanı elan olunub

Litvanın iki bölgəsində qırmızı hava həyəcanı elan olunub

Tarix: 18 Oct 2026 10:55

Litvanın Panevejis və Şaulyay bölgələrində mümkün dron təhlükəsi səbəbindən qırmızı hava həyəcanı elan olunub.

APA Litvanın LRT telekanalına istinadən xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələri məlumat yayıb.

Bildirilib ki, bölgələrdə yaşayan sakinlərin mobil telefonlarına təhlükə barədə xəbərdarlıq mesajları göndərilib. Sakinlərə dərhal sığınacaqlara və digər təhlükəsiz yerlərə keçmək, rəsmi qurumların növbəti göstərişlərini gözləmək tövsiyə olunub. Son məlumata görə, Şaulyay və Kaunas bölgələrində hava həyəcanı ləğv edilib. Panevejis bölgəsində isə qırmızı təhlükə səviyyəsi qüvvədə saxlanılıb. Dronun mənşəyi və hadisənin digər təfərrüatları barədə hələlik məlumat verilməyib.

Litva dron təhlükəsi hava həyəcanı qırmızı həyəcan Panevejis Şaulyay Kaunas Litva Silahlı Qüvvələri pilotsuz uçuş aparatı təhlükəsizlik

Mənbə: apa.az

Xəbər Lenti