Bazar, 18 Oktyabr, 2026
Tarix: 18 Oct 2026 13:38
Polşa Rusiyanın Ukraynaya raket hücumları ilə əlaqədar hərbi təyyarələrini havaya qaldırıb.
APA xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələri “X” sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, tədbirlər qabaqlayıcı xarakter daşıyır və ölkənin hava məkanının təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.
Hərbi tədbirlər əsasən Ukrayna ilə sərhədə yaxın ərazilərdə həyata keçirilir.
Polşanın Hava Naviqasiya Xidmətinin məlumatına görə, hərbi təyyarələrin maneəsiz fəaliyyətini təmin etmək üçün Lyublin və Jeşuv şəhərlərindəki hava limanlarında uçuşlar müvəqqəti dayandırılıb.
Polşa Ukrayna Rusiya hərbi təyyarələr raket hücumu Polşa Silahlı Qüvvələri hava məkanı Lyublin Jeşuv hava limanları
Mənbə: apa.az