Bazar, 18 Oktyabr, 2026
Tarix: 18 Oct 2026 12:22
Salyanda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanlardan biri xəstəxanada həyatını itirib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qəza nəticəsində xəsarət alaraq Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Masallı rayon sakini, 1970-ci il təvəllüdlü Müşviq Mikayılov orada ölüb.
Qeyd edək ki, hadisə Ələt-Astara magistralının Salyan rayonunun Şorsulu kəndi ərazisindən keçən hissəsində baş verib.
Masallı rayon sakini, 1979-cu il təvəllüdlü Nicat Şah Nəcəfovun idarə etdiyi “Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb.
***
09:58
Salyanda yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər xəsarət alıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə səhər saatlarında Ələt-Astara magistralının Salyan rayonunun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Masallı rayon sakini, 1979-cu il təvəllüdlü Nicat Şah Nəcəfovun idarə etdiyi “Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb.
Nəticədə sürücü, avtomobildə olan sərnişin, Masallı rayon sakini, 1957-ci il təvəllüdlü Əzəmət Əkbərova və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Əlibəy Zeynallı Salyan yol qəzası avtomobil qəzası Ələt-Astara magistralı Şorsulu kəndi Mercedes xəsarət alanlar Masallı yol-nəqliyyat hadisəsi
Mənbə: apa.az