Rusiya Türkiyənin nüvə silahı əldə etməklə bağlı açıqlamasına münasibət bildirib

Tarix: 10 Feb 2026 13:26

Rusiya Türkiyənin nüvə silahı əldə etmək ehtimalı ilə bağlı açıqlamasına diqqət yetirib.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya nüvə silahının yayılmaması rejimini nüvə təhlükəsizliyinin təməl daşı hesab edir.

Peskov vurğulayıb ki, Rusiya qlobal nüvə yayılma yarışının qarşısını almaq üçün nüvə silahı dövlətlərindən məsuliyyətli davranış gözləyir: "Axı yayılmama rejimi var və bu, təhlükəsizliyin təməl daşıdır. Biz bu bəyanata diqqət yetirdik. Ən əsası, inanırıq ki, bütün nüvə klubu ölkələri nüvə silahlanması yarışının hər hansı bir təzahürünün qarşısını almaq üçün məsuliyyətli davranacaqlar".

Fərid Əkbərov Rusiya Türkiyə nüvə Peskov Kreml

Xəbər Lenti