Bazar, 18 Oktyabr, 2026
Tarix: 18 Oct 2026 13:00
İran parlamenti Mehrdad Əxlaqi Kitabçinin müdafiə naziri vəzifəsinə namizədliyini təsdiqləyib.
APA İranın “Tasnim” agentliyinə istinadən xəbər verir ki, parlamentdə keçirilən etimad səsverməsində 237 deputat onun namizədliyini dəstəkləyib.
Beləliklə, Mehrdad Əxlaqi Kitabçi İranın yeni müdafiə naziri olub.
Qeyd edək ki, onun namizədliyini parlamentə Prezident Məsud Pezeşkian təqdim edib.
Əxlaqi Kitabçi bundan əvvəl İranın müdafiə sənayesi və aerokosmik sahəsində rəhbər vəzifələrdə çalışıb.
İranın əvvəlki müdafiə naziri Əziz Nəsirzadə fevral ayında ABŞ və İsrailin zərbələri nəticəsində həyatını itirib. Bundan sonra nazir vəzifəsini müvəqqəti olaraq Məcid ibn əl-Rza icra edib.
İran Mehrdad Əxlaqi Kitabçi İran parlamenti müdafiə naziri Məsud Pezeşkian Tasnim etimad səsverməsi İran Müdafiə Nazirliyi





Mənbə: apa.az