Tramp: Zelenskinin Rusiyanın neft emalı zavodlarına hücumları dünya dizel bazarına ciddi zərər vurur

Tramp: Zelenskinin Rusiyanın neft emalı zavodlarına hücumları dünya dizel bazarına ciddi zərər vurur

Tarix: 19 Oct 2026 01:24

ABŞ prezidenti Donald Tramp bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyanın neft emalı zavodlarına endirdiyi zərbələr dünya dizel yanacağı bazarına ciddi ziyan vurur.

APA xəbər verir ki, Tramp bu barədə öz “Truth” hesabında yazıb.

Onun sözlərinə görə, Zelenski Rusiyadakı dizel yanacağı istehsal edən neft emalı zavodlarını hədəf seçir və bu hücumların ABŞ da daxil olmaqla, dünya dizel bazarına ciddi təsir göstərdiyini bilir.

ABŞ Prezidenti onu da qeyd edib ki, bunun nəticəsində fermerlər və müxtəlif müəssisələr zərər çəkirlər.

Trampın fikrincə, Zelenski bu nəticələri nəzərə almır.

ABŞ Tramp Ukrayna Zelenski

Mənbə: apa.az

Xəbər Lenti