Cümə axşamı, 1 Yanvar, 2026
Tarix: 01 Jan 2026 00:21
Naxçıvan şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə atəşfəşanlıq olub. APA-nın Naxçıvan bürosu xəbər verir ki, 2026-cı ilin gəlişi muxtar respublikanın minlərlə sakininin böyük coşqusu ilə qeyd edilib. Gecə saatlarında Naxçıvan şəhərində möhtəşəm bayram atəşfəşanlığı olub, Yeni il xoş ovqat və böyük təntənə ilə qarşılanıb.
Ceyhun Məmmədov


