Qırğız Respublikasının Parlamenti TÜRKPA-nın 15-ci plenar iclasına ev sahibliyi edəcək

Qırğız Respublikasının Parlamenti TÜRKPA-nın 15-ci plenar iclasına ev sahibliyi edəcək

Tarix: 18 Oct 2026 19:45

19–20 oktyabr 2026-cı il tarixlərində Qırğız Respublikasının Joqorku Keneşi Bişkek şəhərində Türk Dövlətləri Parlament Assambleyasının 15-ci plenar iclasına və Assambleya Şurasının iclasına ev sahibliyi edəcəkdir. Plenar iclas “Süni intellekt və texnoloji tərəqqi dövründə türk dünyasında parlament əməkdaşlığı” mövzusuna baş tutacaqdır.

APA xəbər verir ki, 15-ci plenar iclasda üzv və müşahidəçi dövlətlərin - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Şimali Kipr Türk Respublikasının parlament sədrlərinin rəhbərlik etdiyi nümayəndə heyətlərinin, eləcə də beynəlxalq təşkilatların, türk əməkdaşlıq təşkilatlarının və digər tərəfdaş qurumların nümayəndələrinin iştirakı gözlənilir.

15-ci plenar iclas çərçivəsində Qadın Parlamentarilər Qrupunun və Gənc Parlamentarilər Qrupunun 5-ci iclasları da keçiriləcəkdir.

Türk Dövlətləri Parlament Assambleyası

Mənbə: apa.az

Xəbər Lenti