Ukrayna və Kanada PUA-ların birgə istehsalına başlayır

Ukrayna və Kanada PUA-ların birgə istehsalına başlayır

Tarix: 30 May 2026 07:52

Ukrayna və Kanada arasında müdafiə sənayesi əməkdaşlığı gücləndirilir. Belə ki, Kanadada Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) istehsalı üçün yeni layihəyə start verilir.

APA xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, layihə Kanadada Ukrayna kəşfiyyat dronlarının istehsalına başlamağı nəzərdə tutur. Dronlar Ukrayna Müdafiə Qüvvələrinə tədarük ediləcək.

Ukrayna və Kanada Müdafiə Nazirliklərinin nümayəndələri müvafiq müqaviləni imzalayıblar.

Müqavilə Ukraynanın müdafiə texnologiyaları şirkəti “Airlogix” və Kanadanın PUA istehsalçısı “Sentinel Research and Development” arasında yeni bir birgə müəssisə olan “Airlogix-Sentinel”in qurulmasını nəzərdə tutur.

Ukrayna Kanada PUA

Mənbə: apa.az

Xəbər Lenti