Mirça Luçesku vəfat edib

Tarix: 07 Apr 2026 22:15

Rumıniya futbolunun tanınmış simalarından biri olan Mirça Luçesku vəfat edib.

Apasport.az xəbər verir ki, bu barədə Rumıniya Futbol Federasiyası açıqlama verib.

Bildirilib ki, 80 yaşlı mütəxəssis həkimlərin səylərinə baxmayaraq həyatını itirib.

Qeyd edək ki, Rumıniya millisinin sabiq baş məşqçisi olan Mirça Luçesku bir müddət əvvəl yığmanın məşqi zamanı infarkt keçirdiyi üçün xəstəxanaya yerləşdirilmişdi.

Mirça Luçesku

Xəbər Lenti