Çərşənbə, 8 Aprel, 2026
Tarix: 07 Apr 2026 23:22
31 yaşlı Cəlilabad sakini Bakıda dəm qazından zəhərlənərək ölüb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Cəlilabad rayon Maşlıq kənd sakini, 1995-ci il təvəllüdlü Qəhrəman Yadigar oğlu Əliyev Bakı şəhərində yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Mərhum Maşlıq kəndində dəfn olunacaq.
İlkin Rzayev