Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Tarix: 08 Apr 2026 09:17

Qlobal fond bazarlarında qarışıq dinamika müşahidə olunub.

"APA-Economics" xəbər verir ki, ABŞ fond bazarlarında Dow Jones Industrial Average 0,18% azalaraq 46 584,46 bənd təşkil edib. S&P 500 Index 0,08% artaraq 6 616,85 bəndə yüksəlib, Nasdaq Composite isə 0,10% artaraq 22 017,85 bənd olub. Bununla yanaşı, NYSE Composite Index 0,02% azalaraq 22 249,63 bəndə enib, S&P/TSX Composite Index isə 0,17% artaraq 33 237,52 bənd təşkil edib.

Avropa bazarlarında isə əsasən azalma tendensiyası müşahidə olunub. Euro Stoxx 50 indeksi 1,05% azalaraq 5 633,22 bəndə düşüb. FTSE 100 Index 0,84% geriləyərək 10 348,79 bənd, DAX Index 1,06% azalaraq 22 921,59 bənd təşkil edib. Eyni zamanda, CAC 40 Index 0,87% azalaraq 7 701,95 bəndə, IBEX 35 Index isə 0,64% azalaraq17 444,30 bəndə düşüb.

Asiya-Sakit okean regionunda isə əsas indekslər üzrə əsasən müsbət dinamika qeydə alınıb. Nikkei 225 5,36% artaraq 294.64 bəndə yüksəlib. TOPIX Index 3,27%, Hang Seng Index 2,81%, S&P/ASX 200 Index isə 2,64% artıb.

İlahə Səlimova fond birjası qlobal göstəricilər

Xəbər Lenti