Bakıda iki nəfər dəm qazından ölüb

Tarix: 08 Apr 2026 10:45

Sabunçu rayon sakini dəm qazından boğulub.

APA xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib.

Maştağa qəsəbə sakini 1994-cü il təvəllüdlü Qəhrəman Əliyev yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Suraxanı rayonu Yeni Günəşli qəsəbə sakini 1958-ci il təvəllüdlü Nazim Tahirov da yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Hər iki fakt üzrə araşdırma aparılır.

Selcan Zaurqızı dəm qazı zəhərlənmə ölüm faktı

Xəbər Lenti