Çərşənbə, 8 Aprel, 2026
Tarix: 08 Apr 2026 10:40
Xaçmaz rayonunda 37 yaşlı kişi kanalda boğulub.
APA xəbər verir ki, hadisə aprelin 6-da qeydə alınıb. Sibiroba kənd sakini 1989-cu il təvəllüdlü Rəşad Məmmədov kəndin ərazisindən keçən kanala yıxılaraq boğulub. R.Məmmədovun meyiti sudan çıxarılıb.
Onun epilepsiya xəstəsi olduğu bildirilir. Araşdırma aparılır.
Selcan Zaurqızı Xaçmaz kanal boğulma faktı