IATA: Aviasiya yanacağı təchizatının bərpası aylarla vaxt apara bilər

Tarix: 08 Apr 2026 12:23

İran Hörmüz boğazını yenidən açsa belə, Yaxın Şərqdə neft emalı güclərində yaranmış fasilələr səbəbindən aviasiya yanacağı təchizatının bərpası aylarla vaxt apara bilər.

“Reuters”ın yaydığı xəbərə görə, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) baş direktoru Uilli Uolş (Willie Walsh) jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, xam neftin qiymətlərinin enəcəyini gözləsə də, neft emalı zavodlarına təsir səbəbindən aviasiya yanacağının qiymətləri, çox guman ki, bir qədər yüksək qalacaq.

“Əgər boğaz yenidən açılsa və açıq qalsa belə, Yaxın Şərqdə emal güclərindəki fasilələri nəzərə alsaq, təchizatın tələb olunan səviyyəyə qayıtması üçün yenə də bir neçə ay lazım olacaq”, - Uilli Uolş qeyd edib.

Emil İsmayılov IATA İran Hörmüz boğazı aviasiya yanacağı

Xəbər Lenti