Metro: “Əhmədli” və “Həzi Aslanov” stansiyaları arasında tikinti işləri yekun mərhələdədir

Tarix: 08 Apr 2026 12:02

“Bakı metrosunun “Həzi Aslanov” stansiyasında dalan yolunun tikintisi 2026-ci ilin sentyabrına kimi başa çatacaq.

“APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev deyib.

O bildirib ki, “Əhmədli” və “Həzi Aslanov” stansiyaları arasında aparılan tikinti işləri yekun mərhələdədir:

“Layihə çərçivəsində işlərin bu ilin sentyabrına qədər tamamlanması nəzərdə tutulur. Tikinti başa çatdıqdan sonra qatarların hərəkəti əvvəlki qaydada bərpa ediləcək”.

Departament rəisi onu da bildirib ki, metronun “B-4” layihəsində işlərin icrası proqramda nəzərdə tutulandan daha sürətli davam etdirilir. İşlər bu ilin sonuna qədər tam başa çatacaq.

Əşrəf Mehdiyev Bakı Metropoliteni

Xəbər Lenti