Çərşənbə, 8 Aprel, 2026
Tarix: 08 Apr 2026 12:00
Ölkənin aparıcı ödəniş təşkilatlarından biri olan “Modenis” MMC-nin fəaliyyətində mühüm dəyişiklik həyata keçirilir. Belə ki, fintex sektorunda xidmət keyfiyyətini artırmaq və yeni innovativ həllər təqdim etmək məqsədilə “Modenis” MMC (eManat) “MPAY” MMC-yə qoşulur. Şirkətin bütün hüquq və öhdəlikləri “MPAY” MMC-yə ötürülür.
Xidmətlər fasiləsiz davam edir
Bildiririk ki, bu qoşulma çərçivəsində müştərilərə təqdim olunan mövcud xidmət və məhsullar olduğu kimi saxlanılır. İstifadəçilər əvvəlki qaydada bütün ödəniş və maliyyə xidmətlərindən fasiləsiz şəkildə yararlanmağa davam edəcəklər.
“eManat” brendi fəaliyyətini qoruyur
Ölkə üzrə minlərlə özünəxidmət nağd ödəniş terminalını əhatə edən “eManat” brendi fəaliyyətini eyni adla davam etdirir. Terminallar vasitəsilə təqdim olunan xidmətlər və istifadəçi interfeysində isə hər hansı bir dəyişiklik nəzərdə tutulmur.
Qeyd edək ki, bu yenilik “MPAY” MMC-nin rəqəmsal ekosistemini daha da gücləndirərək həm nağd (terminallar vasitəsilə), həm də nağdsız (mobil tətbiq üzərindən) ödənişlərin daha sürətli və vahid sistem üzərindən həyata keçirilməsini təmin edəcək.
Məlumat üçün bildiririk ki, “MPAY” MMC Azərbaycan Respublikası Mərkəzi Bankının 11.07.2024-cü il tarixli EPT-006 nömrəli lisenziyası əsasında fəaliyyət göstərən rəqəmsal ödəniş platformasıdır. Platforma 550-dən çox xidməti vahid məkanda birləşdirərək istifadəçilərə mobil, kommunal, kredit, təhsil və digər ödənişlərini operativ və rahat şəkildə həyata keçirmək imkanı yaradır.
APA-Economics modenis emanat mpay