Çərşənbə, 8 Aprel, 2026
Tarix: 08 Apr 2026 14:18
2026-ci ilin yanvar-mart ayları ərzində dünya bazarlarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta illik ixrac qiyməti məlum olub.
"APA-Economics"in apardığı hesablamalara görə, bu ilin ilk 3 ayı ərzində Azərbaycan neftinin orta qiyməti 85,11 ABŞ dollarına bərabər olub.
2026-ci ilin I rübü ərzində ən yüksək göstərici 128.28 ABŞ dolları təşkil edib, ən minimal göstərici isə 64.12 ABŞ dolları səviyyəsində olub.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb. 2026-ci il üzrə proqnozlaşdırılan dövlət büdcəsi gəlirlərinin (38 milyard 423 milyon manat) 16 milyard 350 milyon manatı neft-qaz sektorunun hesabına formalaşır. Bu vəsaitin 12 milyard 750 milyon manatı və ya 33,2 faizi Dövlət Neft Fondundan transfertin, 6 milyard 850 milyon manatı və ya 17,8 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 1 milyard 21 milyon manatı və ya 2,7 faizi büdcə təşkilatlarının büdcədənkənar daxilolmalarının, 981 milyon manatı və ya 2,6 faizi isə sair gəlirlərin payına düşür.
İlahə Səlimova Azərbaycan nefti "Azeri Light" orta qiymət ixrac ABŞ dolları