Çərşənbə, 8 Aprel, 2026
Tarix: 08 Apr 2026 13:58
8 aprel 2026-cı il tarixində AZCON Holding-in icraçı direktoru Şahin Babayev beşinci “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqə qalibləri Numrəddin Hüseynov və Qoşqar Daşdiyev ilə tanışlıq görüşü keçirib.
Görüş zamanı iştirakçılarla fərdi inkişaf planları, liderlik bacarıqlarının gücləndirilməsi və real biznes mühitində qarşılaşdıqları çətinliklər ətrafında geniş müzakirələr aparılıb. Şahin Babayev öz peşəkar təcrübəsini bölüşərək, strateji qərarvermə, effektiv komanda idarəçiliyi və innovativ yanaşmaların əhəmiyyəti barədə tövsiyələr verib.
Mentorluq proqramının əsas məqsədinin gənc və perspektivli kadrların potensialını üzə çıxarmaq, onların karyera inkişafına dəstək olmaq və ölkənin insan kapitalının gücləndirilməsinə töhfə vermək olduğu bildirilib. Görüş iştirakçıları bu cür təşəbbüslərin onların şəxsi və peşəkar inkişafına mühüm təsir göstərdiyini qeyd ediblər.
Sonda mentorluq prosesinin davamlı və nəticəyönümlü şəkildə aparılmasının vacibliyi vurğulanıb.
APA-Economics AZCON Holdinq “Yüksəliş” müsabiqəsi qaliblər Mentorluq proqramı
