Dünya İqlim Fondunun Prezidenti ilə görüş keçirilib

Tarix: 07 Mar 2024 09:02

Dünya İqlim Fondunun Prezidenti Yens Nilson ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi mötəbər tədbir olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq prosesi üzrə fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Xəbər Lenti