Çərşənbə, 8 Aprel, 2026
Tarix: 08 Apr 2026 18:25
Xəzərdə zəlzələ olub.
Bu barədə APA-ya AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Zəlzələ yerli vaxtla 18:11-də qeydə alınıb.
3,5 maqnitudalı yeraltı təkan 51 km dərinlikdə olub.
Qeyd edək ki, bu gün yerli vaxtla 13:05, 13:10, 13:21-də Xəzərdə zəlzələ olub. İlk zəlzələ Lənkəran, Yardımlı, Lerik, Astara, Cəlilabad, Neftçala 4-3 bal hiss olunub.
zəlzələ təbii fəlakət Xəzər dənizi