Gəncədə avtomobil yeniyetməni vurub

Tarix: 08 Apr 2026 23:39

Gəncədə avtomobil yolu keçmək istəyən 2013-cü il təvəllüdlü yeniyetməni vurub.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə şəhərin mərkəzində qeydə alınıb. Hərəkətdə olan avtomobil A.Məmmədovu vurub və piyada xəstəxanaya yerləşdirilib.

Yaralının vəziyyətinin kafi olduğu bildirilir, faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu Gəncə qəza piyada yeniyetmə

Xəbər Lenti