Cümə axşamı, 9 Aprel, 2026
Tarix: 08 Apr 2026 23:09
Türkiyə Super Liqasında XXVII turun təxirə salınmış matçı keçirilib.
Apasport.az xəbər verir ki, “Qalatasaray” səfərdə “Göztəpə” ilə üz-üzə gəlib.
Dörd qolun vurulduğu matçda sevinən tərəf İstanbul təmsilçisi olub. Oyun “sarı-qırmızılılar”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, “Qalatasaray” 67 xalla turnir cədvəlinə başçılıq edir. Aktivində 63 xalı olan “Fənərbaxça” və “Trabzonspor” isə ikinci və üçüncü pillələri bölüşürlər.