Cümə axşamı, 9 Aprel, 2026
Tarix: 09 Apr 2026 00:29
Beyləqanda üç avtomobilin toqquşması nəticəsində bir nəfər xəsarət alıb.
APA yerli bürosu xəbər verir ki, hadisə rayonun Dünyamalılar kəndi ərazisində baş verib. Qəza zamanı iki “VAZ-2107” və bir “VAZ-2106” markalı avtomobil toqquşub, nəticədə avtomobillərdən birində olan sərnişin xəsarət alıb.
1990-cı il təvəllüdlü kişiyə alın nahiyəsinin əzilmiş-sıyrılmış yarası, sol əlin açıq kəsilmiş yarası və sol dizin sıyrılması diaqnozu qoyulub, o, Cərrahiyyə şöbəsinə yerləşdirilib.
Elgün Gəncimsoy Beyləqan qəza xəsarət avtomobil
