Cümə axşamı, 9 Aprel, 2026
Tarix: 09 Apr 2026 09:37
Dünya neft qiymətlərinin yaxın perspektivdə ABŞ və İran tərəfindən elan edilmiş atəşkəsə baxmayaraq 90-95 ABŞ dolları civarında qalacağı gözlənilir, çünki bu hədd neft bazarı üçün yeni komfort səviyyəsinə çevrilib.
“TASS”ın yaydığı xəbərə görə, bu barədə ABŞ-ın "Navigator Principal Investors" investisiya şirkətinin direktoru Kayl Şostak bildirib.
“Nəzərə alaraq ki, ABŞ, eləcə də İranın Fars körfəzindəki ən yaxın qonşuları heç vaxt və heç bir halda İranın Hörmüz boğazında nəzarətedici roluna razılaşmayacaqlar, danışıqların bu mərhələsindəki “eksperiment”in müsbət nəticə ilə yekunlaşacağı tamamilə qeyri-aşkar göründüyü üçün mən bazarın eyforiyasını bölüşmürəm.
Bu səbəbdən ehtimal edirəm ki, yaxın vaxtlarda, bu “eksperiment” dövründə neftin qiyməti 1 barel üçün 90-95 dollar aralığında dəyişməyə davam edəcək ki, bu da münaqişədən əvvəlki səviyyədən 25 dollar yüksəkdir. Görürük ki, münaqişə dövründə bu qiymət həddi eskalasiya əlamətləri olmadığı şəraitdə yeni “komfort” səviyyəsinə çevrilib. Yaxın gələcəkdə ilin əvvəlindəki qiymət səviyyəsinə enmə üçün heç bir əsas görmürəm”, - Kayl Şostak qeyd edib.
Onun fikrincə, iki həftəlik atəşkəs qısa müddətli, taktiki fasilə kimi qiymətləndirilməlidir; bu müddətdə tərəflər nəfəs dərmək imkanı əldə edəcək, lakin qarşılıqlı ciddi etimadsızlıq və əvvəlcədən yerinə yetirilməsi mümkün olmayan tələblər, o cümlədən İran neftinin ticarətinə tətbiq olunan sanksiyaların ləğvi məsələsi səbəbindən uzunmüddətli razılaşmaya nail olmaları ehtimalı azdır.
Qeyd olunur ki, ABŞ prezidenti Donald Tramp 7 aprel tarixində İranla iki həftəlik qarşılıqlı atəşkəs elan edib.
Emil İsmayılov neftin qiyməti ABŞ Donald Tramp İran