Cümə axşamı, 9 Aprel, 2026
Tarix: 09 Apr 2026 10:26
Bu gün səhər saat 05:00 radələrində Kiçik Qala küçəsi ünvanında, 13-14 saylı bürclərin kəsişdiyi hissədə tarixi Qala divarlarının kiçik bir sahəsində aşınma müşahidə edilib.
Bu barədə APA-ya "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib.
Qeyd edilib ki, mütəxəssislərin ilkin rəyinə əsasən, aşınmaya əsas səbəb son günlər müşahidə olunan aramsız atmosfer yağıntıları nəticəsində yaranan rütubət və təbii erroziya prosesləridir.
“Hadisə baş verdiyi andan etibarən İdarə tərəfindən dərhal operativ tədbirlər görülüb, sözügedən ərazi tam nəzarətə götürülərək vətəndaşların təhlükəsizliyi üçün zəruri qabaqlayıcı addımlar atılıb. Hazırda tarixi abidənin həmin hissəsində yaranmış vəziyyətin aradan qaldırılması istiqamətində lazımi işlərin icrasına başlanılıb”, - məlumatda vurğulanıb.
Qala divarı aşınma İçərişəhər