Cümə axşamı, 9 Aprel, 2026
Tarix: 09 Apr 2026 11:39
Azərbaycanla Qazaxıstan arasında Transxəzər Fiber-Optik Kabel Xəttinin istismara verilməsi 2026-cı ilin III rübündə planlaşdırılır.
“İnterfax-Qazaxıstan” xəbər verir ki, bu barədə Qazaxıstan Baş nazirinin müavini - Süni intellekt və rəqəmsal inkişaf naziri Jaslan Madiev bildirib.
Qeyd edək ki, Transxəzər Fiber-Optik Kabel Xətti müxtəlif ölkələr, o cümlədən Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan və Türkmənistan ərazilərindən keçəcək rəqəmsal telekommunikasiya dəhlizi olan “Rəqəmsal İpək Yolu” layihəsinin önəmli hissəsidir. Bu rəqəmsal infrastruktur məlumatların ötürülməsində yüksək zolaq genişliyi və minimal gecikməni təmin edən ən optimal və qısa marşrut olmaqla ölkələr arasında regional əməkdaşlığa və dayanıqlı inkişafa təkan verəcək.
Emil İsmayılov Azərbaycanla Qazaxıstan fiber-optik