Lənkəranda ağac avtomobilin üstünə aşıb, qayınana və gəlin xəsarət alıb- FOTO

Tarix: 09 Apr 2026 11:00

Lənkəranda ağac hərəkətdə olan avtomobilin üstünə aşıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə səhər saatlarında köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Parakənd kəndi ərazisində baş verib.

Astara sakini 1967-ci il təvəllüdlü Dəmir Müzəffərovun idarə etdiyi "VAZ-2107" markalı nəqliyyat vasitəsi hərəkətdə olarkən, Parakənd kəndi ərazisində yol kənarında olan ağac maşının üstünə aşıb.

Nəticədə avtomobildə olan sürücünün qızı 1988-ci il təvəllüdlü Nüşabə Müzəffərova və onun qayınanası 1960-cı il təvəllüdlü Təzəgül Babayeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran xəstəxanasına hospitalizasiya olunublar.

Maşının üstünə aşan çürümüş ağac yolda hərəkətə mane olub. Ağac yoldan götürülüb və hərəkət bərpa olunub.

Faktla bağlı araşdırma aparılır.

İlkin Rzayev Lənkəran hadisə qəza xəbər

Xəbər Lenti