Qusar–Həzrə–Sudur avtomobil yolunun bir hissəsində sel suları torpaq yatağını yuyub

Tarix: 09 Apr 2026 12:03

Qusar–Həzrə–Sudur avtomobil yolunun 15-ci kilometrliyində, Yasab kəndi ərazisində güclü yağıntılar nəticəsində sel suları yolun torpaq yatağını və suötürücü qurğuları yuyub. Nəticədə 2 ədəd qoşa boru yararsız vəziyyətə düşüb.

Bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Qeyd olunub ki, məlumat daxil olan kimi Agentliyin əməkdaşları dərhal əraziyə cəlb olunub, əlavə təhlükəsizlik tədbirləri görülüb.

Hazırda qeyd olunan hissədə yolun bərpası işlərinə başlanılıb. Hərəkətin fasiləsizliyini təmin etmək məqsədilə müvəqqəti yolu tikilərək alternativ hərəkət təşkil olunub.

Emil İsmayılov avtomobil yolu sel suları

Xəbər Lenti