Cümə axşamı, 9 Aprel, 2026
Tarix: 09 Apr 2026 12:59
Azərbaycanda telekommunikasiya sahəsində sağlam rəqabət mühitinin təmin edilməsi məqsədilə müvafiq sahədə bazara əhəmiyyətli təsirin asimmetrik tənzimlənməsi üzrə hüquqi çərçivə formalaşdırılacaq.
"APA-Economics"in əldə etdiyi məlumata görə, layihə qabaqlayıcı tənzimləmə (“ex-ante”) çərçivəsində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi tərəfindən bazar təhlilinin aparılması, bazara əhəmiyyətli təsir göstərən təchizatçıların müəyyən edilməsi və belə təchizatçıların üzərinə tənzimləyici öhdəliklərin qoyulması ilə bağlı müvafiq normativ hüquqi akt layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim ediləcək və razılaşdırılması təmin olunacaq.
Eyni zamanda internet telekommunikasiya xidmətinin göstərilməsinin təşviqi məqsədilə telekommunikasiya şəbəkələrinin infrastruktur obyektlərində yerləşdirilməsi ilə bağlı mexanizmlər hazırlanacaq və normativ hüquqi aktlar təkmilləşdiriləcək.
Layihə çərçivəsində telekommunikasiya şəbəkələrinin və şəbəkə elementlərinin kolokasiyası və birgə istifadəsinin, eləcə də fiziki infrastruktura malik telekommunikasiya, kommunal və digər xidmət operatorlarının fiziki infrastrukturlarından birgə istifadənin tənzimlənməsi, habelə dövlət mülkiyyətində olan infrastruktur obyektlərinə bərabər girişin təmin edilməsi ilə bağlı hüquqi çərçivənin formalaşdırılması və normativ hüquqi akt layihələrinin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi nəzərdə tutulur.
Layihəni Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi bu ilin oktyabr ayına qədər icra edəcək.
Əşrəf Mehdiyev telekommunikasiya internet