Bu il "mygov" platformasına inteqrasiya ediləcək xidmətlər açıqlanıb

Tarix: 09 Apr 2026 16:44

Bu il Azərbaycanda "mygov" və "mygov" biznes platformalarına inteqrasiya ediləcək xidmətlər açıqlanıb.

"APA-Economics"in əldə etdiyi məlumata görə, il ərzində müvəqqəti qeydiyyata alınma barədə müraciət, təhsil müəssisələrinə elektron tələbə qəbulu, sosial-hüquqi xidmətlərin göstərilməsi, ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və kömək edə biləcək əməkqabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə qəbul edilməsi xidmətləri "mygov" platformasına inteqrasiya ediləcək.

Eyni zamanda bu il "mygov" platforması üzərindən təhsil tələbə krediti üzrə müraciətlərin edilməsi, uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunlarının “Məzun evi” sosial müəssisəsində mənzillə təmin edilməsi, şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, dövlət qulluğu vəzifələri üzrə test imtahanında iştirak etmək üçün qeydiyyat, məşğulluq sistemində qeydiyyatla bağlı arayışın verilməsi, yaşama icazələrinin əldə edilməsi, Azərbaycan Respublikası vətəndaşlığına qəbul, işsizlikdən sığorta ödənişi alan şəxs olması barədə arayışın verilməsi təmin ediləcək.

Həmçinin nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması, xaricdə təhsil üzrə dövlət proqramları və ya hökumətlərarası təqaüd proqramları, əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi, ailə kəndli təsərrüfatlarının uçota alınması və onların üzvlərinə vəsiqələrin təqdim edilməsi, aaşınmaz əmlaka dair çıxarışların verilməsi üçün müraciətin və sənədlərin qəbul edilməsi, vətəndaşın reabilitasiya və abilitasiya proqramı ilə bağlı məlumatlarının (Reabilitasiya xidmətinin növü, reabilitasiya vasitəsinin adı, sayı) əks olunması., əlilliyi olan şəxslərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin reabilitasiya müəssisələrində reabilitasiya xidmətinin göstərilməsi ilə bağlı çıxarışın verilməsi, vətəndaşın reabilitasiya və abilitasiya proqramı ilə bağlı məlumatlarının (Reabilitasiya xidmətinin növü, reabilitasiya vasitəsinin adı, sayı) əks olunması, əlilliyin qiymətləndirilməsi nin nəticəsinə dair arayışın verilməsi, 5-dən çox uşağıolan qadınlara aylıq sosial müavinətin təyin edilməsi üzrə arayışın verilməsi, 5 və daha çox uşağı doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb 8 yaşınadək tərbiyə etmiş və böyütmüş qadınlara yaşa görə aylıq sosial müavinətin təyin edilməsi üzrə arayışın verilməsinin "mygov" platforması üzərindən baş tutması təmin ediləcək.

İl ərzində ölkədə elektron qaiməfakturaların onlayn rejimdə hazırlanması, fərdi şəxsi hesab barədə arayışın verilməsi, kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı, tullantıların yerləşdirilməsi, basdırılması və emalı üçün torpaq sahələrinin ayrılmasına aidiyyəti üzrə razılığın verilməsi, uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi, “e-KOB evi” portalının inteqrasiyası xidmətləri isə "mygov biznes" platformasına inteqrasiya olunacaq.

Əşrəf Mehdiyev mygov xidmət inteqrasiya

Xəbər Lenti