Cümə, 10 Aprel, 2026
Tarix: 10 Apr 2026 11:11
BMT-nin yeni çərçivə sənədində bu il üçün ümumi tələb olunan resursların həcmi 3 milyon 667 min 600 dollardan çoxdur.
“APA-Economics” xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycan üzrə rəhbəri Anna Soave BMT-nin Davamlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin Yüksək Səviyyəli Birgə Rəhbər Komitəsinin iclasında deyib.
“Mövcud resurslar isə 1,6 milyon dollardır", - deyə o əlavə edib. A.Soave bildirib ki, bu il üzrə nəticələrə nail olunması üçün Azərbaycan hökuməti dəstək məqsədilə 500 min ABŞ dolları həcmində vəsait ayırıb.
Əşrəf Mehdiyev BMT Azərbaycan