ADB-nin ölkə meneceri: Transxəzər kabeli və nəqliyyat layihələri regionda inteqrasiyanı gücləndirəcək

Tarix: 10 Apr 2026 11:03

Transxəzər kabeli və nəqliyyat layihələri regionda inteqrasiyanı gücləndirəcək.

“APA-Economics” xəbər verir ki, bunu Asiya İnkişaf Bankının (ADB) Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Jamal Bakıda keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, enerji sahəsində həyata keçiriləcək Transxəzər kabel layihəsi Azərbaycanın Qara dəniz dəhlizi vasitəsilə daha geniş enerji şəbəkələrinə qoşulmasına imkan verəcək və regionda enerji əlaqəliliyini gücləndirəcək.

Sunniya Durrani-Jamalın sözlərinə görə, ADB nəqliyyat əlaqələrinin inkişafı istiqamətində də fəal investisiya siyasəti aparır. Bank əvvəlki dövrdə əsasən yol infrastrukturuna sərmayə yatırıb, hazırda isə dəmir yolu layihələrinə fokuslanır.

“Bu layihələr gələcəkdə həm regionu, həm də sub-regionu daha sıx şəkildə birləşdirəcək”, – deyə o qeyd edib.

ADB rəsmisi əlavə edib ki, bank regional inteqrasiyanın gücləndirilməsi üçün rəqəmsal bağlantı layihələrini də prioritet istiqamətlərdən biri kimi nəzərdən keçirir.

Onun sözlərinə görə, enerji, nəqliyyat və rəqəmsal bağlantı ADB-nin regionda inteqrasiyanı dəstəklədiyi üç əsas istiqamətdir.

Rahim Tarıverdiyev Asiya İnkişaf Bankı Transxəzər nəqliyyat layihələri

Xəbər Lenti