Cümə, 10 Aprel, 2026
Tarix: 10 Apr 2026 14:47
Asiya İnkişaf Bankı (ADB) Naxçıvanda layihələrin maliyyələşdirilməsinə hazırdır.
Bunu "APA-Economics"in sualına cavab olaraq ADB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sunniya Durrani-Camal deyib.
O qeyd edib ki, Naxçıvan Azərbaycanın vacib bir hissəsidir: "Dəmir yolu əlaqəsinin inkişafı ilə bağlı (Naxçıvan dəmir yolu Zəngəzur dəhlizinə inteqrasiya olunacaq - red.) bizə hələ ki müraciət edilməyib, lakin biz Naxçıvana investisiya yatırmağa çox maraq göstəririk. Hesab edirəm ki, bu, regionun iqtisadi inkişafı üçün vacibdir. Orada böyük potensial var və ümid edirəm ki, biz bunu ölkə proqramımız çərçivəsində müzakirə edə biləcəyik. Çünki bu layihəyə böyük maraq göstəririk".
Rahim Tarıverdiyev Naxçıvan dəmiryolu investisiya ADB Asiya İnkişaf Bankı