Şənbə, 11 Aprel, 2026
Tarix: 11 Apr 2026 09:30
Kriptovalyuta bazarında son sutkada artım qeydə alınıb, bazarın ümumi kapitallaşması 0,9% artaraq 2,46 trln. dollar təşkil edib.
"APA-Economics" xəbər verir ki, bazarın lider kriptovalyutası olan Bitcoin-in qiyməti son 24 saatda 0,77% artaraq 72 800,61 ABŞ dolları səviyyəsinə yüksəlib. Ethereum-un qiyməti isə 1,49% artaraq 2 234,95 ABŞ dolları olub.
İlk onluqda yer alan digər aktivlər üzrə də əsasən müsbət dinamika qeydə alınıb. Belə ki, BNB 0,59% artaraq 605,51 ABŞ dolları, XRP 0,18% artaraq 1,34 ABŞ dolları, Solana isə 1,05% bahalaşaraq 84,23 ABŞ dolları səviyyəsinə yüksəlib. Eyni zamanda, Dogecoin 0,27%, Hyperliquid 2,67 % artım nümayiş etdirib.
İlahə Səlimova bitcoin kriptovalyuta