Şənbə, 11 Aprel, 2026
Tarix: 11 Apr 2026 10:23
Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Şimal bürosu xəbər verir ki, Həsənqala kəndi ərazisində hərəkətdə olan “VAZ-2107” markalı minik avtomobili yolu keçmək istəyən 36 yaşlı İzzət Cəlilovu vurub.
Piyada aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Xanım Məmmədova
Xaçmaz yol qəza ölüm