, 12 Aprel, 2026
Tarix: 12 Apr 2026 10:26
Salyanda avtomobil aşıb, qadın sərnişin ölüb. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə səhər saatlarında Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. “Opel” markalı avtomobil idarəetməni itirərək yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olan qadın sərnişin ağır xəsarət alıb və xəstəxanada ölüb. Faktla bağlı araşdırma aparılır.
Əlibəy Zeynallı Salyan qəza