İsmayıllıda iki avtomobil toqquşub, xəsarət alanlar var

İsmayıllıda iki avtomobil toqquşub, xəsarət alanlar var

Tarix: 14 Nov 2023 18:52

İsmayıllıda avtomobil qəzası baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, “Ford” markalı avtomobil “VAZ 2107” markalı minik maşını ilə toqquşub. Hadisə nəticəsində İsmayıllı sakinləri - 1977-ci il təvəllüdlü Məmmədova Aynur Abasət qızı və 1965-ci il təvəllüdlü Muradov Mehman Şirməmməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: apa.az

Xəbər Lenti