Bazar ertəsi, 13 Aprel, 2026
Tarix: 12 Apr 2026 22:52
Qazaxda ikisi yeniyetmə olmaqla 3 nəfər dəm qazından zəhərlənib.
APA-nın yerli bürosu xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Rayon sakinləri – 2007-ci il təvəllüdlü S.Bayramova, 2012-ci il təvəllüdlü M.Əhmədli və 2014-cü il təvəllüdlü F.Əhmədli zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onların evin vanna otağında dəm qazından zəhərləndiyi bildirilir.
Zəhərlənən şəxslərə tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu qeyd olunur, faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu Qazax zəhərlənmə dəm qazı yeniyetmə