Füzulidə tank əleyhinə mina partlayıb, ANAMA əməkdaşı həlak olub

Tarix: 14 Apr 2026 12:05

Aprelin 14-də işğaldan azad edilmiş Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndi ərazisində mina hadisəsi baș verib.

Bu barədə APA-ya Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Agentliyin əməkdaşı 1995-ci il təvəllüdlü Mətili Muğan Rəfayıl oğlu xidməti vəzifəsini yerinə yetirərkən tank əleyhinə mina partlayışı baş verib.

Hadisə nəticəsində əməkdaş həyatını itirib.

ANAMA mina Füzuli

Xəbər Lenti