Çərşənbə axşamı, 14 Aprel, 2026
Tarix: 14 Apr 2026 17:51
Bu ilin birinci rübündə Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr 931,7 milyon manat məbləğində xidmət göstərib.
Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 9,2% çoxdur.
Xidmətlərin 69,4%-i əhali tərəfindən istehlak olunub. Xidmətlərdən əldə edilən gəlirin 303,4 milyon manatı (32,6%-i) mobil telefon rabitəsi sahəsində formalaşıb.
Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu il mobil telefon rabitəsi sahəsində gəlirlər 5,9% artıb.
Əşrəf Mehdiyev mobil operator gəlir statistika