Çərşənbə, 15 Aprel, 2026
Tarix: 15 Apr 2026 10:06
Bu ilin yanvar-mart Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 1 927,8 min ton təşkil edib və əvvəlki ilə nisbətən 12,8% azalıb.
Bu barədə "APA-Economics” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
“Dəniz nəqliyyatında daşınmış yüklərin 45,9%-ni neft yükləri təşkil edib”, - hesabatda qeyd olunur.
Qeyd olunur ki, hesabat dövrü ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı örən ilim müvafiq dövrünə nisbətən 8,5% azalaraq 5,4 min nəfər olub.
Məlumata görə, hesabat dövründə dəniz limanları tərəfindən 2 927,7 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 2 434,5 min tonunu (83,2%) tranzit yüklər təşkil edib. 2026-cı il aprel ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 32,9 min ton olub.
Xatırladaq ki, ötən il dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 9 089,6 min ton təşkil edib və əvvəlki ilə nisbətən 5,4% artıb. Ötən il ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2024-cü ilə nisbətən 10,2% azalaraq 25,5 min nəfər olub.
Dəniz limanları tərəfindən 129 59,5 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 10 246,3 min tonunu və ya 79,1%-ni tranzit yüklər təşkil edib. 2026-ci il yanvar ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 441,3 min ton olub.
Emil İsmayılov Dövlət Statistika Komitəsi dəniz nəqliyyatı