Çərşənbə, 15 Aprel, 2026
Tarix: 15 Apr 2026 17:17
Azərbaycanda effektivliyi kifayət qədər əsaslandırılmayan, iqtisadi fəallığa və investisiya mühitinə təsiri məhdud olan güzəşt və azadolmaların ləğvi və ya əhatə dairəsinin məhdudlaşdırılması nəzərdə tutulur.
"APA-Economics" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı 2027-2030-cu illər üzrə Ortamüddətli büdcə çərçivəsində bildirilib.
Qeyd olunub ki, vergi siyasətinin əsas istiqamətlərindən biri müddəti başa çatan vergi güzəşt və azadolmalarının fiskal və iqtisadi səmərəliliyinin yenidən qiymətləndirilməsidir. Bu çərçivədə onların tətbiqinin məqsədəuyğunluğu müəyyənləşdirilir. Effektivliyi kifayət qədər əsaslandırılmayan, iqtisadi fəallığa və investisiya mühitinə təsiri məhdud olan güzəşt və azadolmaların ləğvi və ya əhatə dairəsinin məhdudlaşdırılması nəzərdə tutulur. Eyni zamanda, prioritet sahələr üzrə zəruri hesab edilən güzəştlərin daha məqsədli və nəticəyönümlü şəkildə tətbiqinin davam etdirilməsi planlaşdırılır.
İlahə Səlimova güzəşt azadolma Azərbaycan