Zelenski: “Patriot”ların Ukraynaya tədarükü süni şəkildə gecikdirilir

Zelenski: “Patriot”ların Ukraynaya tədarükü süni şəkildə gecikdirilir

Tarix: 27 Oct 2026 12:34

“Patriot” və “NASAMS” sistemlərinin Ukraynaya tədarükü süni şəkildə gecikdirilir.

APA xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “X” hesabında bildirib.

O, Rusiyanın Kiyevdə universitetin kampusuna hücumu nəticəsində yaralananların sayının 12 nəfərə çatdığını qeyd edib.

Zelenskinin sözlərinə, Rusiya ordusu ötən gecə Ukraynaya 16 ballistik raket və 280 dronla hücum edib.

Xatırladaq ki, bundan əvvəl Ukrayna Prezidenti ABŞ-ın müharibə naziri Pit Heqseti HHM sistemlərinin Kiyevə verilməsi ilə bağlı prosesi qəsdən gecikdirməkdə ittiham edib.

Toğrul Quluzadə Zelenski Ukrayna Rusiya HHM Patriot NASAMS

Mənbə: apa.az

Xəbər Lenti