Nazir müşaviri: Qeyri-neft və qaz ixracının genişləndirilməsi əsas məqsədlərdəndir

Nazir müşaviri: Qeyri-neft və qaz ixracının genişləndirilməsi əsas məqsədlərdəndir

Tarix: 27 Oct 2026 13:03

Qeyri-neft və qaz ixracının genişləndirilməsi Azərbaycanın əsas məqsədlərindən biridir və bu sahənin ümumi ixracda payının 30 faizə çatdırılması hədəflənir.

APA xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Biznes dialoqu” adlı panel sessiyasında çıxışı zamanı deyib.

O bildirib ki, ixracın artımını daha da dəstəkləmək və xarici bazarlara çıxış xərclərini azaltmaq məqsədilə yeni mexanizmlər tətbiq edilib.

“Bunlara müvafiq tələblərə cavab verən qeyri-neft və qaz ixracatçıları üçün nəqliyyat xərclərinin 70 faizə qədər subsidiyalaşdırılması, eləcə də mikro, kiçik və orta sahibkarlıq subyektləri olan ixracatçılar üçün gömrük rüsumlarının qismən kompensasiya edilməsi daxildir.

Əlçatan maliyyələşdirmə sahibkarlığa dəstəyimizin digər mühüm elementidir. 2026-cı ilin ilk doqquz ayında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən 4 000-dən çox layihəni dəstəkləmək üçün təxminən 246 milyon manat güzəştli kredit ayrılıb”, – deyə o qeyd edib.

O qeyd edib ki, beynəlxalq biznes ictimaiyyəti ilə gələcək əlaqələrin genişləndirilməsi və yeni tərəfdaşlıqların qurulması istiqamətində əməkdaşlığa xüsusi önəm verilir.

Gülcahan İmanqızı Azərbaycan qeyri-neft

Mənbə: apa.az

Xəbər Lenti