ICESCO-nun Qarabağa göndərdiyi texniki missiyanın hesabatı Azərbaycan hökumətinə təqdim edilib

ICESCO-nun Qarabağa göndərdiyi texniki missiyanın hesabatı Azərbaycan hökumətinə təqdim edilib

Tarix: 27 Oct 2026 14:00

ICESCO-nun Azərbaycanla uzun illərə söykənən güclü əməkdaşlığı var.

Bunu APA-ya açıqlamasında İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Salem bin Məhəmməd Əl-Malik deyib.

O bildirib ki, ICESCO Qarabağda mədəni irsin qorunması ilə bağlı missiya həyata keçirib: “Təşkilat Qarabağda işğaldan azad edilmiş ərazilərə ilk missiyasını göndərib və hesabatını Azərbaycan hökumətinə təqdim edib. Hesabat hökumət tərəfindən yüksək qiymətləndirilib”.

Salem bin Məhəmməd Əl-Malik onu da qeyd edib ki, ICESCO Azərbaycanla süni intellekt sahəsində də əməkdaşlıq edir: "Təşkilat Elm və Təhsil Nazirliyi ilə birlikdə İslam dünyasının süni intellekt indeksini hazırlayıb. İndeks ölkələrin bu sahədə hazırlıq səviyyəsini əks etdirir".

Firuzə Vahid İCESCO

Mənbə: apa.az

Xəbər Lenti