Nazir: Bişkeklə Bakı arasında mədəni və humanitar əlaqələr möhkəmlənir

Nazir: Bişkeklə Bakı arasında mədəni və humanitar əlaqələr möhkəmlənir

Tarix: 27 Oct 2026 13:29

Bakı Prosesi xalqlar arasında qarşılıqlı anlaşmanın və mədəni əməkdaşlığın gücləndirilməsi üçün mühüm beynəlxalq platformaya çevrilib.

APA xəbər verir ki, bunu Bakıda Beynəlxalq təşkilatların 3-cü yüksək səviyyəli görüşü və Bakı Prosesi çərçivəsində nazirlərin 6-cı görüşünün xüsusi birgə sessiyasında Qırğızıstanın mədəniyyət, informasiya və gənclər siyasəti naziri Mirbek Mambetaliyev deyib.

O bildirib ki, Azərbaycanla Qırğızıstan arasında qardaşlıq münasibətləri dövlət başçıları İlham Əliyev və Sadır Japarovun siyasi iradəsi və şəxsi iştirakı sayəsində inkişaf edir.

Nazir Azərbaycanla Qırğızıstan arasında mədəni və humanitar əlaqələrin möhkəmlənməsinə töhfə verən təşəbbüslərə diqqət çəkib. O, Azərbaycanın Ağdam rayonunda Ayköl Manas məktəbinin tikilməsini, eləcə də Bişkekdə Heydər Əliyev və Nizami Gəncəvi adına məktəblərin, Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılmasını bu əməkdaşlığın nümunələri kimi göstərib. O vurğulayıb ki, mədəniyyətlərarası dialoq yalnız müzakirələrlə məhdudlaşmamalı, konkret birgə layihələrlə möhkəmləndirilməlidir.

Firuzə Vahid

Mənbə: apa.az

Xəbər Lenti