Çərşənbə axşamı, 27 Oktyabr, 2026
Tarix: 27 Oct 2026 12:53
Süni intellekt mədəni irsin qorunması və ona çıxış imkanlarının genişləndirilməsi üçün yeni imkanlar yaratsa da, risklər də doğurur.
APA xəbər verir ki, bunu Bakıda Beynəlxalq təşkilatların 3-cü yüksək səviyyəli görüşü və Bakı Prosesi çərçivəsində nazirlərin 6-cı görüşünün xüsusi birgə sessiyasında İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Salem bin Məhəmməd Əl-Malik deyib.
O bildirib ki, onun artan təsiri dini dözümsüzlüyə və dezinformasiyaya qarşı qoruyucu mexanizmlərin yaradılmasını zəruri edir: “Təhsil və mədəniyyət müəssisələri gənclərə bu texnologiyalardan məsuliyyətlə istifadə etməyi öyrətmək imkanlarına malik olmalıdırlar.
ICESCO etik prinsipləri praktiki yanaşmalarla əlaqələndirən tərəfdaşlıqlar vasitəsilə bu istiqamətdə fəaliyyətini davam etdirir.
ICESCO süni intellektin idarə olunması və gələcək perspektivlərin qiymətləndirilməsi sahəsindəki fəaliyyəti ilə yanaşı, təhsil və mədəniyyət sahəsində təcrübəsini bölüşməyə hazırdır. Aydın standartlarımız olmalıdır: hər bir öhdəlik konkret fəaliyyətlə həyata keçirilməli, hər bir tərəfdaşlıq isə insanlara göstərdiyi təsirlə qiymətləndirilməlidir. Bu görüşü icrasına hazır olduğumuz qərarlarla başa vurmalıyıq".
Firuzə Vahid Bakı Beynəlxalq təşkilatların 3-cü yüksək səviyyəli görüşü Bakı Prosesi ICESCO baş katib Salem bin Məhəmməd Əl-MalikMənbə: apa.az