İsrail ordusu HƏMAS hərbi rəhbərliyinin ofislərinin yerləşdiyi tunelləri dağıdıb

İsrail ordusu HƏMAS hərbi rəhbərliyinin ofislərinin yerləşdiyi tunelləri dağıdıb

Tarix: 22 Dec 2023 00:27

İsrail Müdafiə Qüvvələrinin istehkamçıları HƏMAS-ın yeraltı tunellərindən ibarət strateji şəbəkəni məhv ediblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrailin hərbi idarəsinin saytında məlumat verilib.

Bildirilir ki, HƏMAS-ın “elitar məhəlləsi” adlanan ərazidə böyük yeraltı rabitə şəbəkəsi müəyyən edilib. Budaqlanan tunellərin HƏMAS hərəkatının hərbi və siyasi qanadının yüksək səviyyəli üzvlərinin bürolarını, ofislərini və yaşayış mənzillərini birləşdirdiyi qeyd olunub.

Mənbə: qafqazinfo.az

Xəbər Lenti