Cümə axşamı, 22 Oktyabr, 2026
Tarix: 21 Oct 2026 23:18
Oktyabrın 21-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistanın Səmərqənd şəhərində keçirilən “Uşaqların rifahına investisiya: gələcək nəsillərin dayanıqlı və ədalətli inkişafına doğru” Ümumdünya Sammitinin və Uşaq Onkologiyası üzrə İkinci Beynəlxalq Konqresin qonaqları ilə birlikdə “Əbədi şəhər” kompleksi ilə tanış olub.
APA xəbər verir ki, komplekslə tanışlıq zamanı Leyla Əliyeva Özbəkistanın birinci xanımı Ziroat Mirziyoyeva, Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Tacikistanın Baş nazirinin müavini Dilrabo Mansuri ilə görüşərək səmimi söhbət edib, onlarla xatirə fotoları çəkdirib.
*** 22:24 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində oktyabrın 21-də Səmərqənddə “Əbədi şəhər” kompleksi ilə tanış olub.
APA xəbər verir ki, komplekslə tanışlıq zamanı Leyla Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Tacikistanın Baş nazirinin müavini Dilrabo Mansuri ilə görüşərək səmimi söhbət edib, onlarla xatirə fotoları çəkdirib.






Mənbə: apa.az